Keçmiş prezidentin qızı ilə bağlı ŞOK - Vəzifəsindən getdi + SENSASİYA!

Keçmiş prezidentin qızı ilə bağlı ŞOK - Vəzifəsindən getdi + SENSASİYA!
11:16

ABŞ-ın İranla apardığı hərbi münaqişə fonunda Vaşinqtonun milli təhlükəsizlik və kəşfiyyat elitasında daha bir səs-küylü istefa qeydə alınıb. Tramp administrasiyasının hərbi kursu ilə razılaşmayan yüksək rütbəli məmur kəşfiyyatdakı iki mühüm vəzifəsindən eyni vaxtda ayrılıb.

News365.az xəbər verir ki, ABŞ-ın Səhiyyə və İctimai Xidmətlər naziri Robert Kennedinin gəlini, 45 yaşlı keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) zabiti Amarillis Foks Kennedi ABŞ kəşfiyyat orqanlarındakı iki yüksək vəzifəsindən dərhal istefa verib.

"The Washington Post" qəzetinin öz etibarlı mənbələrinə istinadən yaydığı məlumata görə, Foks Kennedi Ağ Evin İranla apardığı aktiv hərbi əməliyyatlara (blokada və hərbi zərbələr) qəti şəkildə qarşı çıxıb və bu strateji məsələdə Prezident Donald Trampla ciddi fikir ayrılığı yaşayıb.

Məlum qərara əsasən, o, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın kəşfiyyat siyasəti üzrə müavini postundan, eləcə də Ağ Evin Büdcə İdarəsində xüsusi xidmət orqanlarının gizli xərclərini kurasiya edən assosiasiv direktor vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu, ABŞ-ın İranla müharibəsi səbəbindən son aylarda baş verən ikinci böyük dövlət istefasıdır. Təxminən iki ay əvvəl ABŞ Milli Kontrterrorizm Mərkəzinin rəhbəri Co Kent də eyni səbəbdən — Vaşinqtonun İrana qarşı hərbi kampaniyasına etiraz olaraq vəzifəsini tərk etmişdi.

Foks Kennedi həmkarlarına ünvanladığı rəsmi məktubda siyasi və hərbi səbəblərə, o cümlədən İran məsələsinə toxunmayıb. O, istefasını ailəsinə və azyaşlı övladlarına daha çox vaxt ayırmaq istəyi və özəl sektora keçid planı ilə əsaslandırıb. Bununla belə, o, prezident yanında fəaliyyət göstərən Kəşfiyyat üzrə Məsləhət Şurasındakı yerini saxlayacaq.


Sizin reklam burada
Sizin reklam burada