Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur - Hikmət Hacıyev

Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur - Hikmət Hacıyev
16:07

Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar gətirmiş təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur.


https://news365.az/ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan münaqişənin nizamlanmasının unikal hərbi-siyasi modelini irəli sürərək və postmünaqişə dövründə sülh gündəliyini başladaraq Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri də daxil olmaqla hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin də məsuliyyətə cəlb olunmasını təmin edib", - o vurğulayıb.

Onun sözlərinə görə, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır.


Sizin reklam burada
Sizin reklam burada