Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
Məsələ müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur. O, 6 iyul 2024-cü ilə qədər Qaradağ rayonu prokuroru vəzifəsində çalışıb.
.