Vafiq Süleymanov müəllimlərin atestasiyayasından danışdı

Vafiq Süleymanov müəllimlərin atestasiyayasından danışdı
15 Apr 2025 10:51

"Bəzi müəllimlər deyirlər ki, “biz 20-30 ilin müəllimiyik”. Amma etiraf etməliyik ki, 30 il əvvəlki bilik baqajı ilə bu gün işləmək çox çətindir. Çünki bütün sahələrdə olduğu kimi, təhsildə də davamlı inkişaf baş verir. Bu irəliləyiş musiqi sahəsində də aydın hiss olunur".

News365.az xəbər verir ki, bu sözləri əməkdar mədəniyyət işçisi Vafiq Süleymanov deyib.

Onun sözlərinə görə, 30 il əvvəlki ifalarla bu günkü ifaları müqayisə etdikdə, nə qədər yeniliklərin baş verdiyini, ifa texnikalarının necə püxtələşdiyini görmək mümkündür ki, biz də bu dəyişikliklərə uyğunlaşmalı, zamanla ayaqlaşmalıyıq:

"Ona görə mən müəllimlərimizdən xahiş edirəm ki, öz üzərlərində çalışsınlar. Atestasiyaya var, bitdi, olacaq, olmayacaq - bu həyat tərzidir. Ancaq müəllim gündəlik öz üzərində çalışmalıdır, işləməlidir. Ona görə də bundan sonra atestasiyaya cəlb olunan müəllimlərə öz xeyir-duamı verirəm".


Sizin reklam burada
Sizin reklam burada