“Əl-ayaq-ağız xəstəliyi yayılıb uşaqlar arasında. Səbəbi viruslardı(Koksaki). Həm virusla çirklənmiş əşyalarla
kontaktdan, həm də hava-damcı yolu ilə yoluxdurur. Kifayət qədər sürətlə yayılır xəstəlik”.
Bunu News365.az-a müsahibəsində pediatr Vaqif Qarayev deyib. O bildirib ki, yüksək temperatur fonunda əldə, ayaqda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur:
“Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur. Spesifik müalicəsi yoxdur. Ortalama bir həftə ərzində keçir. Gigiyenik qaydalara ciddi əməl etmək lazımdır. Səpkiləri görsəniz mütləq həkimlə əlaqə saxlayın”.
News365.az