Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.
News365.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında büdcə müzakirəlrəi zamanı Baş nazir Əli Əsədov bildirib.
Baş nazir qeyd edib ki, əhalinin real gəlirlərinin artımı və sosial- rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur (xərclərin 41%-i).
“Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaqdır (xərclərin 12.6%-i). Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur (xərclərin 4.9%-i).
İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir. Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır” – nazir qeyd edib.