UNICEF: Atəşkəsdən sonra ölən uşaqların sayı 100‑ü Aşıb

UNICEF: Atəşkəsdən sonra ölən uşaqların sayı 100‑ü Aşıb
17:10

Qəzzada atəşkəsdən sonra ölən uşaqların sayı 100‑ü aşıb.

News365.az xəbər verir ki, Birləşmiş Millətlər Uşaqlar Fondunun (UNICEF) sözçüsü Ceyms Elder bildirib ki, oktyabr ayının əvvəlində əldə olunan atəşkəsdən bu yana Qəzzada 100‑dən çox uşaq həlak olub. 

Rəqəm rəsmi təsdiqlənmiş hadisələrə əsaslanır və real itkilərin daha çox olması ehtimal edilir. 

UNICEF vurğulayıb ki, atəşkəs zamanı bombalanma və atışma səngisə də, tam dayanmayıb və uşaqlar üçün təhlükə davam edir.  



Sizin reklam burada
Sizin reklam burada