Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı -  YENİLƏNİB
16 Apr 2024 16:45

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində yaranan problem aradan qaldırılıb.

Problemin nədən qaynaqlandığı araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin fəaliyyətində heç bir problem yaranmayıb. Bu istiqamətdə vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlər qəbul edilməklə müvafiq xidmət göstərilir.

12:51

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb.

Bu haqda  oxucular məlumat verib.

Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.  

“Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, - deyə məlumatda vurğulanır.


Youtube kanalımız

Oxşar xəbərlər