Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var- YENİLƏNİB

Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var- YENİLƏNİB
11:00

Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.

 Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.

Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.saat 05.26

Rusiya ordusu PUA-larla Ukraynanın bir neçə şəhərinə hücum edib, bir çox bölgədə və Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir.

 Kiyevdə vurulmuş PUA hissələri çoxmərtəbəli binanın üzərinə düşüb və nəticədə binanın həmin hissəsinin qismən dağılması qeydə alınıb.

PUA-nın düşdüyü yerdə həmçinin yanğın baş verdiyi, hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

Bundan əlavə, Nikolaevskiy vilayətində də partlayışlar qeydə alınıb.

Xarkovda da partlayış səsləri eşidilib. Şəhərin meri İqor Terexov bildirib ki, PUA düşən yerlərin birində yanğın baş verib.

Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb. Bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.

"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.

Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.

Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.


Sizin reklam burada
Sizin reklam burada