Trampın nümayəndəsi Şara ilə görüşdü

Trampın nümayəndəsi Şara ilə görüşdü
24 May 2025 23:45

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barak Suriyanın Prezidenti Əhməd əş-Şara ilə görüşüb.


News365.az xəbər verir ki, bu barədə Barak öz X hesabında paylaşım edib.


Görüş zamanı Barak bildirib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək:


“ABŞ administrasiyası Suriya hakimiyyətindən terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir”.


Sizin reklam burada
Sizin reklam burada