Kürdəmirdə yanğın hadisəsi baş verib.
Hadisə rayonun şəhid Fuad Şirəliyev küçəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Vaqif və Valeh Abdullayev qardaşlarına məxsus ümumi sahəsi 300 kv metr olan 8 otaqlı evin bir otağı və tavanı. Eləcə də 5 kv metr yadımçı tikili yanıb.
Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.