1.4 milyard insan, 20 milyon kölə! - Hindistanda inanılmaz həqiqətlər - VİDEO

1.4 milyard insan, 20 milyon kölə! - Hindistanda inanılmaz həqiqətlər - VİDEO
24 May 2025 20:15

Bu adamlar deyir ki, bizim Allahımız inəklərdir. Üstəlik, bu müqəddəs heyvanlar şəhərlərdə sərbəst gəzir, heç kəs də onlara toxunmur. Meymunlar isə dükanlara girib oğurluq edir, amma yenə də hörmətlə qarşılanır. Təbiəti göz oxşayır, gigiyenası ürək bulandırır. Söhbət Hindistandan gedir – ziddiyyətlərin, rənglərin və inanılmaz adətlərin ölkəsindən.


Hindistan – dünyanın ərazi baxımından yeddinci ən böyük və eyni zamanda, dünyanın ən çox əhalisinə sahib ölkəsidir. Paytaxtı Yeni Dehlidir və ölkə 1 milyard 463 milyon insana ev sahibliyi edir. Bu qeyri-adi insan sıxlığının əsas səbəbi keçmişdən gələn bəzi vərdişlərlə əlaqəlidir. Əvvəllər Hindistanda pensiya sistemi olmadığı üçün insanlar qocalanda onlara baxacaq uşaqları olsun deyə çoxsaylı övlad sahibi olurdular və bu vərdiş nəsillər boyu davam etdirilib. Hətta 300 il Hindistanı idarə edən İngilislər belə bu problemi o dövrlərdə görsələr də, onu bir növ nəzarət altına ala bilməmişdilər. Belə idarəsiz əhali artımının əsas səbəbi isə əlbəttə ki, təhsilsizlikdir. Məsələn, Hindistanda təhsil 14 yaşa qədər məcburidir, lakin bu ölkədə 500 milyondan çox insan oxuyub-yaza bilmir. Oxumağı bacaranların isə cəmi 10%-i universitet məzunudur. Amma burada diqqətəlayiq bir detal var: bu 10%-lik təbəqədən NASA-ya qədər çoxsaylı alim göndərilib.


Əgər Hindistana turist kimi səfər edirsinizsə, özünüzü bir xaosun içindəymiş kimi hiss edə bilərsiniz. Küçələr sıxıcı, çirkli və demək olar ki, hər şey hərəkətdədir. Sözün əsl mənasında, küçələrdə havaya iynə atsanız, bəlkə də yerə düşməz. Yüksək əhali və məhdud imkanlar bu ölkənin yaşanılabilirliyinə mənfi təsir edir. Çünki bu ölkədə yoxsulluq, cinayət səviyyəsi və işsizlik çox yüksəkdir, onlarla dini inancın olduğu və xaosun heç vaxt bitmədiyi bir yerdir. Belə bir yerdə insanların ümumilikdə xoşbəxt olması çətindir. 


Keyfiyyətli yaşayışı bir kənara qoyaq, küçələrini belə təmizləyə bilmirlər. Bu, Hindistana səfər edənlərin ən çox şikayət etdiyi problemlərdəndir. Xüsusilə şəhərlərdə və dar küçələrdəki pis qoxular insanlarda ürəkbulanma yaradır. Bu iyrənc qoxuların ən əsas səbəbi Hindistanda müasir tikililərin geniş yayılmaması və buna görə də bir çox evdə tualetin olmamasıdır. Az qala nəzərəçarpacaq qədər insan küçələrdə heç bir gizlilik və gigiyena olmayan ictimai tualetlərdən istifadə edir. Küçədə tualet ehtiyacını ödəyənlərin sayı əhalinin yarısına yaxındır. Tualet böhranıyla bağlı diqqət çəkən bir hadisə də olub. Bir neçə il əvvəl Hindistanda bu məsələnin qarşısını almaq üçün dövlət tərəfindən bir hərəkat başlanmışdı.  


2017-ci ildə Bihar ştatının yerli rəsmisi Kanwal Tanuj, bir tədbirdə çıxışı zamanı, tualet tikmək üçün pulu olmayan kənd sakinlərinə "əgər bu qədər kasıbsınızsa, gedin arvadınızı satın" kimi təhqiramiz bir ifadə işlədib. Bu sözlər, Hindistan hökumətinin 2014-cü ildə başladığı Təmiz Hindistan Hərəkatı çərçivəsində keçirilən bir tədbirdə səsləndirilib. Bu aksiya açıq havada tualet ehtiyacının ödənməsinin qarşısını almaq və ölkəni "açıq tualetdən azad" etmək məqsədilə həyata keçirilən genişmiqyaslı bir təşəbbüsdür. Bu proqram çərçivəsində 2014–2019-cu illər arasında təxminən 90 milyon tualet tikilib. Lakin, bəzi hallarda bu təşəbbüs çərçivəsində tətbiq olunan metodlar tənqid olunub. Məsələn, bəzi bölgələrdə insanlar açıq havada tualet ehtiyacını ödədikləri üçün ictimai şəkildə utandırılıb və ya hökumət yardımlarından məhrum ediliblər.


Bu vəziyyətin iqtisadi səbəblərdənmi, yoxsa Hindistana məxsus gigiyenasız bir mədəniyyət vərdişindənmi qaynaqlandığı uzun müddətdir müzakirə mövzusudur. Hindistanda çirklənmə problemi yalnız tualetlərlə məhdudlaşmır. Bu qədər gigiyenasız bir cəmiyyət pandemiya dövründə də çox sayda biabırçılıqlarla üzləşdi və insanlarını acınacaqlı şəraitdə müalicə etməyə çalışdılar və ya torpağa verdilər.


Digər tərəfdən, bu ölkə çox qəribə adətləri də özündə saxlayır. Məsələn, təxminən 700 milyon insanın müqəddəs saydıqları üçün Qanq çayı ətrafında yaşayıb ölülərini yandıraraq külünü bu çaya tökməsi və hətta insanların bu çayda çimməyi seçməsi bu ölkəyə xas maraqlı ənənələrdəndir. Hindistan hökuməti bu qədər çox əhalini nəzarətdə saxlamaq üçün qanunları çox sərt şəkildə tətbiq edir. Çünki yüksək əhali, yoxsulluq və təhsilsizliklə birləşəndə ölkədə cinayət səviyyəsini dəhşətli dərəcədə artırıb. Bu torpaqlarda hər il təkcə qətllər nəticəsində ölənlərin sayı 50 mini keçir. İnsanların gündəlik orta qazancı isə 1 dollardan azdır. Ona görə də bu ölkədə həyatın nə qədər çətin olduğunu anlamaq üçün iqtisadçı olmaq lazım deyil – bu rəqəmlər hər şeyi izah edir. Köhnə Misir və Antik Romada köləliyin olduğunu çox eşitmisiniz. Əgər bu dövrlərin keçdiyini düşünürsünüzsə, Hindistana gəldikdə şok dalğası yaşaya bilərsiniz. Çünki bu ölkədə öz azadlığı əlindən alınmış, qorxu və təzyiq altında yaşayan 20 milyondan çox kölənin olduğu təxmin edilir. Təəssüf ki, bu kölələr ağalarının istədiyi hər şeyi etməyə məcburdurlar. Əks halda ağır cəzalarla üzləşirlər.


Digər tərəfdən, Hindistanın istənilən şəhərinə getdiyiniz zaman küçələrdə çoxlu sayda inəklə qarşılaşa bilərsiniz. Hətta inəklər şəhərin hərəkətini belə iflic edə bilir. Əgər təsadüfən bir inəyi öldürsəniz və ya ölümünə səbəb olsanız, ciddi həbs cəzası ala və ya cəmiyyətdən kənarlaşdırıla bilərsiniz. İnəklərə niyə bu qədər dəyər verildiyini yəqin ki, siz də eşitmisiniz. Hindistanın ən geniş yayılmış dinlərindən biri olan Hinduizmdə inəklər tanrıçanın bir simvolu sayılır və müqəddəs qəbul olunurlar. Onlar şəhərlərdə sərbəst şəkildə dolaşırlar və insanların yaşam mühitinə qarışdıqları halda belə heç bir müdaxilə ilə qarşılaşmırlar. Onlara duyulan dərin hörmət səbəbindən isə onların əti əsla yeyilmir. Əgər kiminsə istəyi ilə bir inək kəsilərsə, bu halda illərlə həbs cəzası ala bilər. 


Hindistanda məşhur olan digər heyvanlardan biri də meymunlardır. Yollarda meymun sürülərinə rast gəlmək heç də təəccüblü hal deyil. Amma onlar inəklər qədər günahsız deyillər. Dükkanları dağıdır, turistlərin əşyalarını oğurlayırlar. Buna baxmayaraq hindlilər onların aralarında olmasından və etdiklərini izləməkdən böyük zövq alırlar.


Hindistan coğrafi yerləşməsi baxımından da bir çox fərqli iqlim növünə ev sahibliyi edir. Ucsuz-bucaqsız meşələr, dəvə karvanları ilə dolu geniş səhralar, Himalay sıra dağları və toxunulmamış yüzlərlə adaya sahibdirlər. Bundan başqa, Hindistanın uzaq bölgələrində müasir həyatın heç bir izini daşımayan ibtidai qəbilələr də mövcuddur. Dövlət bu ərazilərə girişə qəti şəkildə qadağa qoyub. Çünki bu qəbilələr həyatlarına müdaxilə etmək istəyən hər kəsi gözlərini belə qırpmadan aradan qaldırırlar.


Hindistanda diqqət çəkən digər bir toplum isə Sadular adlanan qruplardır. Bu insanlar son dərəcə kasıb olsalar da, ölkədə müqəddəs sayılırlar. Onlar həyatlarını sadu olmaq üçün həsr ediblər. Heç bir mal-mülkə sahib deyillər, pul da daşımırlar və daim ibadətlə məşğuldurlar. Xalq bu insanları dincə sevər kimi qəbul etdiyindən, onlara yemək yardımı edərək yaşamaqlarını təmin etməyə çalışır. 


Digər tərəfdən başlıq pulu məsələsi Hindistanda bu gün hələ də davam edir. Lakin bu ölkədə bilinənin əksinə olaraq yalnız kişilər deyil, qadınlar da başlıq pulu ödəyirlər. Hətta bu məbləğlər bəzən sərvət dəyərində ola bilir. Hətta Hindistanda toy xərclərini də bəzən gəlin tərəfi qarşılayır. Göstərişli toy adətinə görə bir çox ailə qızlarını evləndirmir. Bu ənənəyə dövlət belə mane ola bilmir. 


Hindistanda əhalinin yarıdan çoxu Hindu inancına malikdir. Sonra isə İslam dini ən çox inanılan ikinci din sayılır. Zəngin insanlar arasında bu çox yaşanmasa da, kasıb kütlələr arasında zaman-zaman dini qarşıdurmalar baş verə bilir. Ölkədə 20-dən çox dil danışılır, lakin ən çox Hind dili istifadə olunur. Amma Hind dilində bir çox İngilis mənşəli söz və ifadələr yer alır. 


Bəs sizə desək ki, yoxsulluq və onun yaratdığı saysız-hesabsız problemlərlə iç-içə yaşayan Hindistan dünyada ən inkişaf etmiş texnoloji imkanlara sahib ölkələrdən biridir, təəccüblənərsinizmi? Belə ki, Hindistan 2008-ci ildən bu yana ciddi bir kosmik proqram həyata keçirir. Təxminən 11 illik bir çalışmanın nəticəsində son illərdə bir kosmik modulu Ayın səthinə endirməyə cəhd etdilər. Hər şey qaydasında gedərkən Ay səthinə cəmi 2 kilometr məsafə qalmış modulla əlaqə kəsildi. İdarəetmə mərkəzi bu bağlantını dəfələrlə bərpa etməyə çalışsa da, təəssüf ki, uğur əldə edə bilmədi. Üstəlik bu işi cəmi 150 milyon dollarlıq bir büdcə ilə həyata keçirmişdilər. Bu da məhdud büdcəyə baxmayaraq necə yüksək texnologiyalı bir layihə yürüdüklərinin açıq göstəricisidir. Bəlkə bu məbləğ sizə yetərincə böyük kimi görünə bilər. Amma bu gün bir kompüter oyununun hazırlanması üçün 950 milyon dollar sərf edildiyini və ya ölkəmizdə bu məbləğə yaşayış kompleksi və ticarət mərkəzləri tikildiyini unutmaq olmaz.


Nəticə olaraq, Hindistan – varlı ilə kasıb arasındakı fərqin uçurum olduğu, bir çox qəribə ənənələrin və ziddiyyətlərin birlikdə yaşadığı maraqlı bir ölkədir. 


Azərbaycan və Hindistan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Hər il yüzlərlə azərbaycanlı Hindistana turistik, tibbi və ya təhsil məqsədilə səfər edir. Bəs Azərbaycandan Hindistana necə getmək olar? 

Bakıdan Hindistanın paytaxtı Dehliyə birbaşa uçuşlar olmasa da, tranzitlə səyahət etmək mümkündür. Səfərin ümumi müddəti, tranzit vaxtına görə, adətən 9–15 saat arasında dəyişir. Azərbaycan vətəndaşları Hindistana getmək üçün viza almalıdır. Ən asan üsul elektron viza sistemidir. Ekranın aşağısında gördüyünüz sayt vasitəsilə mûraciət edə bilərsiniz. (https://indianvisaonline.gov.in) 

Hindistana gedərkən səhhət və peyvənd məsələlərinə diqqət yetirmək tövsiyə olunur. Xüsusilə sarı qızdırma və hepatit peyvəndləri tövsiyə edilə bilər. Hava şəraitini və səfər planınızı öncədən araşdırın, çünki Hindistanda iqlim bölgədən bölgəyə dəyişir. Pul vahidi Hindistan rupisidir (INR). Gedişdən əvvəl müəyyən qədər pul dəyişmək və ya beynəlxalq kartınızın Hindistanda keçərli olub-olmadığını yoxlamaq faydalıdır.


Kamal Hüseynli



Sizin reklam burada
Sizin reklam burada