Banişevskinin şərəfinə Amerikada turnir keçirildi - VİDEO

Banişevskinin şərəfinə Amerikada turnir keçirildi - VİDEO
24 May 2025 21:00

ABŞ-nin Nyu-York şəhərində Azrbaycanın əfsanəvi futbolçususu Anatoli Banişevskinin xatirəsinə həsr edilən futbol turnirinin final mərhələsi olub.


News365.az xəbər verir ki, uşaq və veteranlar arasında keçirilən yarışlarda gərgin mübarizə yaşanıb.


Turnirdə şəhərin 4 futbol məktəbindən 100-dən çox uşaq iştirak edib. 7-8 yaşlıların finalında Sivaydisi May Vey Sokker Klab (CYDC MY WAY Soccer Club) komandası Daraseliya Akademiyasına 3:1 hesabı ilə qalib gəlib. 11-12 yaşlılar arasında isə Vitali Daraseliya Futbol Akademiyası Banşevski kubokuna sahib olub.


 Veteranlar arasında "Dinamo Tbilisi New York" komandası birinci yeri tutub . İkinci pilllədə "Neftçi New York", üçüncüdə isə "Kosmos New York" qərarlaşıb. Turnirin ən yaxşı oyunçusu – Gürcüstan millisinin keçmiş üzvü Vitali Daraseliya seçilib. Sonda qaliblərə kuboklar təqdim edilib, Anatoli Banişevskinin təsviri olan xatirə medalları verilib.


Qeyd edək ki, Banişevski 1966-cı ildə SSRİ yığmasında Dünya Çempionatının yarımfinalına yüksələn yeganə azərbaycalı futbolçu kimi tarixə düşüb. O, 121 qolla “Neftçi”nin bombardiri olub. UEFA tərəfindən Azərbaycanın son 50 ilin ən yaxşı futbolçusu seçilib. Əfsanəvi futbolçunun şərəfinə təşkil edilən bu ənənəvi turnir sayca 11-cidir. Yarışın təşəbbüskarı SSRİ idman ustası, Azərbaycanın veteran oyunçusu Aron Zərbəliyevdir. Builki tədbir isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Veteran İdmançılar Assosiasiyasının dəstəyi ilə baş tutub.  




Sizin reklam burada
Sizin reklam burada