Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, prezident Donald Trampın tətbiq etdiyi gömrük rüsumları onların maliyyə vəziyyətinə mənfi təsir edib.
Bunu Bloomberg agentliyi üçün The Harris Poll tədqiqat xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin 56 faizi Trampın tarif siyasəti olmasaydı, ailə büdcəsinin daha yaxşı formada olacağına əmindir. Respondentlərin 52 faizi hesab edir ki, ABŞ hökumətinin vəd etdiyi gələcək faydalar mövcud iqtisadi problemlərə dəyməz. Amerikalıların 69 faizi tariflər nəticəsində qiymətlərin artacağını gözlədiklərini bildirib.
Sorğu mayın 8-10-da keçirilib və 2000-dən çox amerikalı iştirak edib. Səhv ehtimalı 2,5 faiz bəndi olub.