Ukraynaya on min sülhməramlı bəs edəcək - “The Guardian”

Ukraynaya on min sülhməramlı bəs edəcək - “The Guardian”
19 Fev 2025 12:52

Britaniya belə hesab edir ki, Avropanın Ukrayna üçün təhlükəsizlik zəmanətləri prezident Vladimir Zelenskinin əvvəllər elan etdiyi 100-150 min nəfərlə deyil, bundan xeyli az əsgərlə təmin oluna bilər.

Bu fikirlər “The Guardian”da dərc olunan məqalədəndir. Nəşr Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmilərinin bəyanatlarına istinad edib. Müəllif iddia edib ki, Avropa sülhməramlı qüvvələrinin mütləq şəkildə cəbhə xəttində çoxlu sayda yerləşdirilməsinə ehtiyac yoxdur: "Buna görə də onların sayı on minlərlə insan, hətta daha az ola bilər".

Eyni zamanda, Qərb qüvvələri Rusiyanın nəzarətdə olan cəbhə xəttini yarmaq cəhdlərini izləmək üçün uzaq məsafəli kəşfiyyat və müşahidə imkanlarından istifadə edə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada