Ukraynanın F-16-sı vuruldu

Ukraynanın F-16-sı vuruldu
11:41

2025-ci il iyunun 29-na keçən gecə Rusiyanın raket və PUA-ları zamanı 1-ci dərəcəli pilot polkovnik-leytenant Maksim Ustimenko həlak olub.

Bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

“Təəssüf ki, bu gün daha bir acı itki ilə üzləşdik. Gecə düşmənin kütləvi hava hücumunu dəf edərkən F-16 qırıcısının 1-ci dərəcəli pilotu, 1993-cü il təvəllüdlü polkovnik-leytenant Maksim Ustimenko həlak olub. Pilot bütün bort silahlarından istifadə edib, yeddi hava hədəfini vurub. Hava hədəflərinin dəf edilməsi zamanı onun təyyarəsi zədə alıb və hündürlüyü itirməyə başlayıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, pilot katapult etməyə imkan tapmayıb.

Qeyd edək ki, indiyə qədər Ukraynanın bir neçə F-16 qırıcısı vurulub.


Sizin reklam burada
Sizin reklam burada