Rusiya poeziyasının məhşur isimlərindən biri Aleksandr Sergeyeviç Puşkinin tamamlanmamış "Tazit" romanı barədə sosial mediada kifayət qədər yazılar gedib
A. S. Puşkinin yarımçıq qalmış "Qəsub" şeiri 1829-30-cu illərdə yazılmış və şairin ölümündən sonra 1837-ci ildə "Sovremennik" jurnalının 7-ci cildində "Tazit" başlığı ilə dərc edilmişdir.
Poema çərkəz ağsaqqalı Qəsub və oğlu Tazit arasında problemi işiqlandırır. Burada qədim Qafqaz adətinə görə Ata öz oğlu Tazitdən qətl edilən qardaşının qisasını almağı tələb edir. O, üç dəfə cəhd edir və ata oğlunun qisasının alınmadığını başa düşən ata oğlunu lənətləyir:
"Get get — sən mənim oğlum deyilsən,
Sən çeçen deyilsən — sən qoca qadınsan,
Sən qorxaqsan, sən köləsən, sən ermənisən!!!
Bu gün bu cümlə barəsində çoxsaylı müzakirələr gedir. Hətta bizim Azərbaycanda özlərini "ağıllı" bilənlər Puşkinin erməniləri pisləmədiyini yazır. Ermənilər də illərdir bu sözü cəhd edirlər ki, fırladıb belə göstərsinlər ki, guya Puşkin erməniləri əslində pisləyən söz deməyib, burada o onları "tərifləyib".
Guya burada redaksiya qəsdən "xristiansan" sözünü erməni ilə əvəz edib. Bir xristian şair öz inancında olanları niyə belə təhqir eləsin axı? Əslində ermənilər bununla göstərirlər ki, onlar xristian deyilər və Puşkin onları təhqir edə bilər, ancaq erməniləri yox
Ermənilər qafqazlılara özlərinin də qafqazlı olduqlarını deyirlər. Ruslara və ukraynalılara da xristian olduqlarını deyirlər. Asiyalılara da özlərinin də asiyalı olduqlarını deyirlər. Və sair..
Sabah çinlilər onlara balaca üz göstərsələr deyəcəklər biz çinliyik.
Gülüncdür eləmi bu ermənilər ?
Bu gün ermənilər Puşkinin ermənilərlə dost olmasını, belə sözlər yazmadığını iddia etsələr də fakt faktlığında qalır. Onun kitablarını dərc edən zaman bu cümləni çıxarmağa cəhd etsələr də keçən əsrin 70-ci illərində SSRİ ədəbiyyat antologiyasında bu sözlər qalıbdır.
Puşkin rus qrammatikasını gözəl bilicisi idi və o hər cümləni düşünüb, nöqtə, vergülünə qədər ədəbi qaydada yazırdı. Siz bu misraya dəqiq fikir verin, hər şey vergüllə ayrılıb, buna görə də "erməni" sözünün öz ünvanı var.
Misralarda bütün hökmlər ikinci şəxsin təkində (-san, -sən) qətiyyətli təsdiq forması ilə verilib.
"Qadınsan", "qorxaqsan", "köləsən", "ermənisən" — burada şəxs sonluqları (xəbərlik şəkilçiləri) isimlərə və sifətlərə qoşularaq, subyektin (Tazitin) kimliyini və statusunu qəti şəkildə müəyyənləşdirir. Müəllif burada heç bir şübhəyə yer qoymur ki, məhz ata öz oğlunu kölə və qorxaq erməniyə bənzədir.
Puşkin bu misralarda "ermənisən" sözündən üç nida işarəsi qoyub. Bu qrammatik cəhətdən emosional gərginliyin pik həddini göstərir. Bu, cümlənin sadəcə bir məlumat deyil, nifrət dolu bir mövqedir.
Qrammatik baxımdan "erməni" sözü burada bütün mənfi epitetlərin (qorxaq, kölə) hamısını özündə birləşdirən bir millətin əsl üzüdür.
Fakt budur ki, Puşkin Qafqaz reallığını olduğu kimi — bütün sərtliyi və etnik stereotipləri ilə — qələmə almışdır və ermənilərin əsl simasını ortaya qoyub.
Zaur Əliyev, tarixçi