Ukrayna Silahlı Qüvvələrinin (VSU) xeyli sayda şəxsi heyəti Xarkov vilayətinin Kondraşovka bölgəsində məhv edilib və ya mövqelərini qoyub qaçıb. Bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verib.
Nazir müraciəti zamanı 121-ci motoatıcı alayının hərbi qulluqçularını qəsəbənin azad edilməsi münasibətilə təbrik edib.
"Onların peşəkar və qətiyyətli hərəkətləri nəticəsində düşmən xeyli itki verərək qaçıb", - nazir deyib.
Belousov əlavə edib ki, Kupyansk istiqamətində gedən döyüşlərdə rus əsgərləri özlərini cəsarətlə və fədakarlıqla göstəriblər. O, vurğulayıb ki, hərbçilərin cəsarəti və şücaəti Rusiya ordusuna cəbhə xəttində irəliləməyə imkan verir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural