Prezident seçkilərinin ikinci turuna çıxan Polşa prezidentliyinə namizədlərin hər ikisi Rusiya əleyhdarıdır və Rusiya ilə Polşa arasında diplomatik münasibətlərin qırılmasını istisna etmək olmaz. Bu barədə Rusiya mediasına politoloq Oleq Nemenski məlumat verib.
“Rusiya üçün hər iki namizəd pisdir, onların diplomatik münasibətlərin pozulmasına gətirib çıxaracağını istisna etmək olmaz. Onların hər ikisi Moskvanı düşmən hesab edir”.
Politoloq kimin respublika prezidenti olmasından asılı olmayaraq Polşanın anti-Rusiya siyasətini davam etdirəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, mayın 18-də Polşada keçirilən prezident seçkilərində hakim Vətəndaş Koalisiyasından namizədlər Rafal Trzaskovski və ən böyük müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) partiyasından Karol Navroçki ikinci tura keçiblər. Polşadakı siyasi proseslər Rusiyada da yaxından izlənilir. Ümumilikdə isə Ukraynaya ən böyük hərbi dəstək verən ölkələrdən biri Polşadır. Hətta bəzi Rusiya saytları düşmənçiliyin artacağı təqdirdə Polşanın ikinci Ukraynaya çevriləcəyini, rus ordusunun yeni hədəfinin bu ölkə olacağını yazırlar.
Tural