Ukrayna Sverdlikovonu əldən verdi

Ukrayna Sverdlikovonu əldən verdi
17 Fev 2025 15:55

Rusiya ordusunun “Sever” hərbi qruplaşmaşmasının bölmələri Kursk vilayətinin Sverdlikovo kəndini azad edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sever” qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları zamanı Sverdlikovo yaşayış məntəqəsini azad edib”, - nazirliyin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə müdaxilə cəhdinin dəfinin gedişi ilə bağlı hesabatında deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Sizin reklam burada
Sizin reklam burada