Ukrayna səfiri Macarıstan XİN-ə çağırıldı

Ukrayna səfiri Macarıstan XİN-ə çağırıldı
10 İyl 2025 15:37

Ukraynanın Budapeştdəki səfiri  Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

News365.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər nazirinin müavini Levente Magyar məlumat verib .

Məlumata görə, səbəb döyüş əməliyyatlarında iştirak etmək üçün Ukrayna Silahlı Qüvvələrinə göndərilən macarın Zakarpatya şəhərində qətlə yetirilməsidir.

Magyar vurğulayıb ki, Macarıstan vətəndaşı döyüşməkdən imtina etdiyi üçün öldürülüb. 

Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Kiyev Transkarpat macarlarının hüquqlarını qaytarmayana qədər ölkəsi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə yaxınlaşmağa imkan verməyəcək.


Sizin reklam burada
Sizin reklam burada