Ukrayna Silahlı Qüvvələri (USQ) Sumı vilayətinin şimalında yerləşən Kəndratovka yaşayış məntəqəsini Rusiya qoşunlarından geri alıb.
Bu barədə məlumatı ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) yayıb.
ISW qeyd edir ki, Ukrayna bölmələri bu istiqamətdə müəyyən irəliləyiş əldə ediblər, lakin cəbhənin digər hissələrində Rusiya ordusunun hücumları davam edir.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri (RSQ) Siversk, Toretsk, Novopavlovka və Novoselovka bölgələrində hücum əməliyyatlarını genişləndirib və bəzi istiqamətlərdə irəliləyiş qeydə alınıb.
Bundan əlavə, RSQ Xarkov vilayətinin şimalında da hücumlarını davam etdirib, lakin bu istiqamətdə hərbi uğur əldə edə bilməyib.
Hərbi analitiklər bildirirlər ki, hər iki tərəf cəbhənin müxtəlif istiqamətlərində lokal dəyişikliklərə nail olsa da, ümumi strateji vəziyyət hələ də sabit və qeyri-müəyyən olaraq qalır.