“Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir”- Dövlət Departamenti

“Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir”- Dövlət Departamenti
01 İyn 2025 09:17

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var.

News365.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus “Fox News” telekanalının efirində bildirib.

“Münaqişənin həlli şərtləri Ukrayna ilə Rusiya arasında olmalıdır. Biz insanları danışıqlar masasına oturtmuşuq. Onlar bizim tələblərimizin nə olduğunu bilirlər, lakin bu, həqiqətən onlardan asılı olacaq”, - diplomat söyləyib.


Sizin reklam burada
Sizin reklam burada