Uitkoff və Kuşner səfəri təxirə saldı

Uitkoff və Kuşner səfəri təxirə saldı
14:18

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin martın 10-na planlaşdırılan İsrail səfəri son anda ləğv edilib.

News365.az xəbər verir ki, İsrailin "Channel 12" telekanalının yaydığı məlumata görə, səfərin təxirə salınmasına səbəb Vaşinqtonla Tel-Əviv arasında İranın neft infrastrukturuna endirilən zərbələrin miqyası ilə bağlı yaranmış ciddi fikir ayrılığıdır.

Məlumata görə, Ağ Ev İsrailin İranın strateji yanacaq ehtiyatlarını hədəf almasından və bu zərbələrin mülki əhaliyə təsirindən narahatdır. ABŞ rəsmiləri hesab edirlər ki, bu cür genişmiqyaslı dağıntılar İran xalqını rejimin ətrafında birləşdirə və anti-Qərb meyillərini gücləndirə bilər. Uitkoff və Kuşnerin Baş nazir Benyamin Netanyahu ilə görüşərək hərbi əməliyyatların gedişatını və regional təhlükəsizlik məsələlərini müzakirə etməsi gözlənilirdi.

Lakin səfərin ləğvi göstərir ki, tərəflər arasında hələlik vahid siyasi mövqe əldə olunmayıb. Xatırladaq ki, bu, fevralın 28-də başlayan "Epik Qəzəb" (Epic Fury) əməliyyatından sonra ABŞ-dan İsrailə nəzərdə tutulan ilk yüksək səviyyəli diplomatik missiya olmalı idi.


Sizin reklam burada
Sizin reklam burada