UEFA-nın İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb.
News365.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Buna səbəb Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş verən müxtəlif pozuntular olub.
Beləliklə, Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro cərimələyib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğfə cəzaya məruz qalıb.
Qeyd edək ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.