UEFA İspaniya - Almaniya oyunundakı hakim mümkün penalti epizodu barədə bəyanat yayıb.
Hakim Antoni Teylor topun Mark Kukurelyanın əlinə dəydiyi epizodu qayda pozuntusu olaraq qeydə almamışdı. Alman futbolçuların penalti tələb etdiyi həmin an gündən olmuşdu.
UEFA bəyanat yayaraq, referinin qərarının düzgün olduğunu, çünki ispan futbolçunun neytral vəziyyətdə dayandığını bildirib.