"Qarabağ"la "Çelsi"nin qarşılaşması 2-2 hesabı ilə başa çatdı.
***
23:00
Qarnaço 53-cü dəqiqədə hesabı 2-2 etdi.
***
22:25
Yankoviç görüşün 39-cu dəqiqəsində penalti zərbəsi ilə "Qarabağ"ı hesabda önə keçirdi: 2-1.
***
22:15
Andrade 30-cu dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.
***
22:02
"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.
***
21:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması start götürüb.
News365.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.