Ucarda zəncirvari qəza olub. Nəticədə 4 nəfər xəsarət alıb.
Hadisə rayonun H. Əliyev prospektində baş verib.
Belə ki, prospektdə hərəkətdə olan "VAZ-2106", "VAZ-2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri - 46 yaşlı Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 53 yaşlı Aybəniz Eldar qızı Məmmədova, 27 yaşlı Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 61 yaşlı İntizam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.