Rusiyalı “UFC” döyüşçüsü, daha çox “Şara Bullet” kimi tanınan Şarabutdin Maqomedov BƏƏ-nin Abu Dabi şəhərində keçirilən “UFC on ABC 9” turnirində kanadalı Mark-Andre Barrio üzərində qələbə qazandıqdan sonra xəstəxanaya yerləşdirilib.
Bu barədə “ESPN MMA” məlumat yayıb.
Qeyd olunub ki, idmançının döyüş zaman burnu sınıb və o, xəstəxanaya yerləşdirilib. Maqomedovun vəziyyətinin stabil olduğu qeyd edilib.
Döyüş üç raund davam edib və hakimin qərarı ilə yekunlaşıb. Hər üç hakim yekdilliklə bütün raundlarda qələbəni “Şara Bullet”ə verdi - 30-27.