Ege dənizində baş verən 4,6 bal gücündə zəlzələdən sonra yer elmləri üzrə mütəxəssis Prof. Dr. Naci Görür sosial media hesabında açıqlama yayıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet səhifəsində yer alan məlumata görə, zəlzələnin episentri Ege dənizi olub və yerin 11,1 kilometr dərinliyində baş verib.
Zəlzələ ilə bağlı açıqlama verən Prof. Dr. Naci Görür hadisənin texniki xüsusiyyətlərinə diqqət çəkib və bölgədəki tektonik gərginliyi vurğulayıb:
“Gecə saat 2-yə yaxın Egedə 4,5 bal gücündə zəlzələ baş verdi. Zəlzələ Helen-Kıbrıs qırığı ilə əlaqəlidir və ocağı üst lövhə üzərində yerləşir. Dalma-batma prosesinin təsiri ilə Ege bölgəsi gerilməyə davam edir.”