Türkiyədə silah anbarında partlayış: ölənlər var

Türkiyədə silah anbarında partlayış: ölənlər var
18:40

Türkiyənin Kırıkkale vilayətində silah-sursat deposu və məhvetmə poliqonunda partlayış baş verib.

News365.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, raketə aid sursatın partlaması nəticəsində 2 nəfər həlak olub, 2-si yaralanıb.

Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.



Sizin reklam burada
Sizin reklam burada