Türkiyədə Prezidenti təhqir edən yeniyetmə həbs olundu

Türkiyədə Prezidenti təhqir edən yeniyetmə həbs olundu
10 İyl 2025 10:38

Türkiyədə 16 yaşlı yeniyetmə sosial şəbəkədəki paylaşımlarına görə həbs edilib.

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, yeniyetmə "Prezidenti təhqir etmək" və "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək" ittihamları ilə həbs olunması tələbi ilə Qaziosmanpaşa 1-ci Sülh Cəza Məhkəməsinə sövq edilib.

Məhkəmə 16 yaşlı uşağın sosial şəbəkədəki paylaşımları ilə bağlı irəli sürülən ittihamlar çərçivəsində cinayət şübhəsinin güclü olması, dəlillərin toplanmaması, məhkəmə nəzarətinin yetərli olmayacağını əsas gətirərək barəsində həbs qətimkan tədbiri seçib.


Sizin reklam burada
Sizin reklam burada