Daha bir ölkə vuruldu: İrandan neft emalı zavoduna hücum

Daha bir ölkə vuruldu: İrandan neft emalı zavoduna hücum
13:20

Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Ras Tanura neft emalı zavoduna səhər saatlarında hücum cəhdi edən iki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilərək məhv edilib.

News365.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuata açıqlamasında qeyd edib ki, PUA-ların qarşısının alınması zamanı düşən qalıqlar mülki yaşayış məntəqələrinə yaxın ərazilərdə müəyyən ziyana səbəb olub.


Sözçü müdaxilə zamanı heç bir mülki şəxsin xəsarət almadığını vurğulayıb.


PUA-ların hansı tərəf və ya ölkə tərəfindən göndərildiyi barədə məlumat paylaşmayan Maliki bildirib ki, düşən qalıqlar nəticəsində zavodda kiçik miqyaslı yanğın baş verib və yanğın nəzarət altına alınıb.


Yerli mənbələr isə Ras Tanura Limanındakı “Saudi Aramco” müəssisələrində səhər saatlarında baş vermiş PUA hücumundan sonra yanğın çıxdığını, ərazidən sıx tüstünün yüksəldiyini və obyektin ehtiyat tədbiri olaraq müvəqqəti təxliyə edildiyini qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada