Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkiana İran rəhbərliyinin və ölkə vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.
News365.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş naziri İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izlədiklərini bildirib.
“İran rəhbərliyi və vətəndaşları arasında itkilərlə bağlı başsağlığımı qəbul edin”, – Paşinyan qeyd edib.
O bildirib ki, İrevanda İranın ali rəhbəri ayətullah Əli Xameneinin Ermənistan–İran münasibətlərinin inkişafında şəxsi rolu hər zaman xatırlanacaq.