Türkiyə bu ayın sonuna qədər Ermənistanla sərhəd keçid məntəqəsini açmaq niyyətindədir.
News365.az xəbər verir ki, İğdır vilayətinin Qaraqoyunlu rayonundakı Alican və Ermənistanın Armavir vilayətindəki Marqara sərhəd keçid məntəqələrində işlər davam edir.
Türkiyə tərəfində gömrük və əlaqəli prosedurlar üçün binalar tikilir və Ermənistandan gələnlər üçün məlumat lövhələri quraşdırılıb ki, bu da onları İğdır və ətraf ərazilərə səfər etməyə istiqamətləndirir.
İğdır valisi Ərcan Turan hazırlıqların davam etdiyini və plana əsasən, keçid məntəqəsinin ayın sonuna qədər istifadəyə veriləcəyini bildirib.