"Turist sayına görə Rusiya ilk pillədədir"- Xalid Kərimli

"Turist sayına görə Rusiya ilk pillədədir"- Xalid Kərimli
20 Avq 2024 17:15

"Azərbaycana ümumi turizm dövriyyəsi 31,4 faiz artması fonunda Rusiya-Azərbaycan turizm bazarında ilk yerdədir. Ölkəyə gələn turistlərin 29,2 faizi məhz Rusiyanın payına düşür. Digər bir məqam artım faizi ilə əlaqədardır. Turist sayına görə Rusiya ilk pillədədir. Son yarımillikdə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 17 faizədək artım müşahidə olunur."

İqtisadiyyatçı Xalid Kərimli bunu News365.az-a açıqlamasında deyib. 

"Azərbaycanın Rusiya ilə həm iqtisadi həm ticarət həm tranzit həm də turizm sahəsində ciddi əlaqələr mövcuddur. Bu əlaqələrin davamlı inkişafı müşahidə olunur. Həm Azərbaycanın həm də Rusiya iqtisadiyyatının böyüməsi ilə bu istiqamətlərdə artım potensialları tədricən reallaşdırılır. Son 6 ayın statistikasına baxanda görürük ki,  Azərbaycana ümumi turizm dövriyyəsi 31,4 faiz artması fonunda Rusiya-Azərbaycan turizm bazarında ilk yerdədir. Ölkəyə gələn turistlərin 29,2 faizi məhz Rusiyanın payına düşür. Digər bir məqam artım faizi ilə əlaqədardır. Turist sayına görə Rusiya ilk pillədədir. Son yarımillikdə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 17 faizədək artım müşahidə olunur. Digər bir məqam Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsinin genişlənməsi ilə əlaqədardır. Əgər 2023-cü ildə Rusiya ilə ümumi ticarət dövriyyəmizin 8,5 faizini təşkil edirdisə, hal hazırda 10 faizini təşkil edir. Həm qeyri neft ixracında həm də idxalda Rusiya liderlik edir. 18,2 faiz idxalımız Rusiyadan təmin olunub.  Qeyri neft ixracımızında  33 faizindən çoxu məhz Rusiya bazarındadır. Qeyri neft ixracında Rusiya bazarı ənənvi olaraq ilk pillədədir. Azərbaycanın idxalında isə Rusiya ilk üçlükdədir. Bu baxımdan Azərbaycanın ticari partnyoru çərçivəsində Rusiyanın rolu əvəz edilməzdir"-deyə iqtisadçı bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız