Rusiya 2025-ci ildə Ukraynaya ilk kütləvi raket zərbəsi endirib

Rusiya 2025-ci ildə Ukraynaya ilk kütləvi raket zərbəsi endirib
11:02

Rusiya ordusu Ukraynaya genişmiqyaslı raket zərbələri endirib. Bu barədə xarici KİV Ukraynanın “Strana.ua” nəşrinə istinadən məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri (VSU)də hücum faktını təsdiqləyib. 

Qeyd edilib ki, kütləvi zərbə Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri tərəfindən həyata keçirilib.

Bundan başqa RBC-Ukrayna agentliyi də hava hücumu xəbərdarlığı fonunda Xarkovda partlayışlar barədə məlumat vermişdi. Yerli media bu hücumların 2025-ci ildə ilk kütləvi raket zərbəsi olduğunu yazıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız