Bağçada dəhşət: Kvars lampası 10 uşağın gözünü yandırdı

Bağçada dəhşət: Kvars lampası 10 uşağın gözünü yandırdı
10:55

Rusiyada dəhşətli hadisə baş verib. Anadırda otaqda kvars lampaları yandırıldığı üçün bağça uşaqları xəsarət alıblar. Bu barədə Çukotka Muxtar Dairəsi Prokurorluğu məlumat yayıb.

Hadisə “Skazka” uşaq bağçasında baş verib. İnsident zamanı 10 uşaq bağçanın oyun otağında olub: "İşçilər orada kvars lampasını söndürməyi unudublar. Nəticədə azyaşlıların gözlərin yanıqlar yaranıb".

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır, hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Zərərçəkənlərin vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.

Qeyd edək ki, Rusiyanın şimal bölgələrində ilboyu gün işığı az müşahidə olunduğu üçün kvars lampalarından müalicəvi məqsədlər üçün istifadə olunur. Lampa süni şəkildə ultrabənövşəyü şüalar saçır.

Tural


Youtube kanalımız