Trampın "Sülh Şurası" ciddi çətinliklərlə üzləşib - İDDİA

Trampın "Sülh Şurası" ciddi çətinliklərlə üzləşib - İDDİA
11:37

ABŞ prezidenti Donald Trumpın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" ilə bağlı vəziyyət vəziyyət qeyri-müəyyən olaraq qalır. 

News365.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, Sülh Şurasının “Gaza Reconstruction, Economic Acceleration and Transformation Trust” (GREAT Trust) adlı təşəbbüsünün əsas məqsədi Qəzza sektorunda dağıdılmış infrastrukturun bərpası, iqtisadiyyatın dirçəldilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması idi. Amma, Qəzza zolağının bərpasını hədəfləyən fond fəaliyyətində ciddi problemlərlə üzləşib. 

Yaradılmasından dörd ay keçməsinə baxmayaraq, fond hələ də heç bir maliyyə vəsaiti cəlb edə bilməyib və bölgədə nəzərdə tutulan bərpa layihələrinin icrasına başlamayıb.

Məlumata əsasən, donor ölkələr və təşkilatlar Dünya Bankının idarə etdiyi fonda maliyyə ayırmaqdan çəkinirlər. Hüquqi qeyri-müəyyənlik, siyasi risklər və təhlükəsizlik problemləri layihənin icrasına mane olur. 

Fondun yaradılması ideyası 2026-cı ilin əvvəlində ABŞ və bir sıra beynəlxalq tərəfdaşların iştirakı ilə gündəmə gəlib. Təşəbbüsə ilkin mərhələdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Avropa İttifaqı ölkələri, Yaponiya və bəzi beynəlxalq maliyyə institutlarının dəstək verəcəyi bildirilirdi. İdarəetmə mexanizmi isə Dünya Bankı nəzdində formalaşdırılıb.

Lakin ekspertlər hesab edir ki, İsrail-HƏMAS qarşıdurmasının davam etməsi, Qəzzada idarəçilik məsələlərinin həll olunmaması və təhlükəsizlik zəmanətlərinin olmaması donorların ehtiyatlı davranmasına səbəb olur. Bu amillər fondun fəaliyyətini ləngidərək nəzərdə tutulan proqramların reallaşmasını mümkünsüz edib.


Sizin reklam burada
Sizin reklam burada