"Trampın fikri pafoslu cəfəngiyyatdır" - Medvedev

"Trampın fikri pafoslu cəfəngiyyatdır" - Medvedev
03 May 2025 12:30

ABŞ prezidenti Donald Trampın İkinci Dünya Müharibəsi illərində nasizm üzərində qələbədə Birləşmiş Ştatların əsas rol oynadığına dair bəyanatı pafoslu cəfəngiyyatdır. Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev VK səhifəsində yazıb.

“O gün Tramp bildirdi ki, ABŞ İkinci Dünya Müharibəsində Qələbəyə əsas töhfə verib və 8 may tarixində bayram təsis edəcək. Bayram qeyd edələm pis deyil. Amma birinci məsələ pafoslu cəfəngiyyatdır”, — deyə o vurğulayıb.

Medevedv xatırladıb ki, Böyük Vətən Müharibəsi zamanı Sovet İttifaqının itkiləri təxminən 27 milyon nəfər təşkil edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada