ABŞ Prezidenti Donald Tramp, Venesueladan neft və ya qaz alan ölkələrə 2 aprel tarixindən etibarən 25% tarif tətbiq ediləcəyini açıqlayıb.
Tramp, Truth Social sosial media hesabında paylaşım edərək, Venesuelanın bilərəkdən və saxtakarlıqla on minlərlə cinayətkarı gizli şəkildə ABŞ-a göndərdiyini iddia edib.
Bu və digər bir çox səbəblərə görə Venesuelaya “ikinci dərəcəli tarif” adlanan tədbirin tətbiq ediləcəyini bildirən Tramp, ölkənin ABŞ-a göndərdiyi çetələr arasında yer alan və xarici terror təşkilatı kimi tanınan "Tren de Aragua"nın Venesuelaya geri qaytarılma prosesində olduğunu qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, Venesuela ABŞ-a və azadlıqlara düşməncəsinə yanaşır. “Bu səbəbdən, Venesueladan neft və ya qaz alan hər bir ölkə, ABŞ-la həyata keçirdiyi bütün ticarət əməliyyatlarında 25% tarif ödəmək məcburiyyətində qalacaq,” – deyə o bildirib.
ABŞ Prezidenti Tramp sözügedən tarifin 2 aprel tarixində qüvvəyə minəcəyini elan edib.