Trampdan Zelenskiyə AĞIR İTTİHAMLAR – “O mələk deyil”

Trampdan Zelenskiyə AĞIR İTTİHAMLAR – “O mələk deyil”
24 Yan 2025 10:06

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin həllinə dair razılaşmanı pozub”. 

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi hərbi əməliyyatlar keçirmək istəyib:

“Ona görə də saziş bağlanmayıb. İndi Zelenski hər şeyi həll etmək istəyir. Biz razılaşa bilərdik, amma Zelenski mələk deyil. O, döyüşmək qərarına gəldi. O, müharibənin başlamasına imkan verməməli idi”.

Xatırladaq ki, Zelenski dünən mətbuata açıqlamasında təhlükəsizlik təminatı məsələsinin Kiyev üçün çox vacib olduğunu bildirib. O qeyd edib ki, əgər Tramp Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilsə, Kiyev diplomatiya yolu ilə gedəcək.


Sizin reklam burada
Sizin reklam burada