Məhkəmə Trampa sui-qəsd cəhdində iştirak edən Rayan Rut haqqında hökm çıxarıb.
News365.az xəbər verir ki, Rayan Rut 2024-cü ildə Florida ştatındakı Vest Palm Biç qolf klubunda o vaxtkı prezidentliyə namizəd Donald Trampa qarşı törətdiyi sui-qəsd cəhdindən sonra ömürlük həbs cəzasına məhkum edilib.
Hökm prezidentliyə namizədə sui-qəsd cəhdi, federal məmura hücum və bir neçə odlu silah saxlamaqla bağlı cinayət də daxil olmaqla beş federal cinayət ittihamı ilə hakim qarşısına çıxarılmasından sonra verilib.