ABŞ-nin Respublikaçılar partiyasından olan siyasətçisi Don Bekon prezident Donald Trampın Vladimir Zelenski ilə bağlı sərt fikirlərini tənqid edib. Onun sözlərini The Hill nəşri sitat gətirib.
“Prezident bir növ günə yenidən başlamalı və hər şeyi yenidən qurmalıdır. O, pis davrandı. Düşünürəm ki, onun dedikləri səhv fikirlərdir və bu, ayıb bir addımdır”, – Bekon deyib.
Bekon həmçinin bildirib ki, prezidentin sözləri bütün Respublikaçılar Partiyasının fikirlərini əks etdirmir. Onun sözlərinə görə, əksər insanlar Trampın dediklərinin doğru olmadığını başa düşürlər. Siyasətçi prezidenti işğalçının deyil, azadlığın, demokratiyanın tərəfini tutmağa çağırıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada prezident seçkilərinin keçirilməsi təklifini rədd etdiyinə görə tənqid edib. Bu barədə Tramp “Truth” hesabında yazıb.
“Seçkiləri olmayan diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq”, - Tramp qeyd edib.
Tural