ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Böyük Britaniya kralı III Çarlz ilə görüşmək üçün Vindzor qəsrinə gediblər.
News365.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Prezident cütlüyünü helikopterdə Şahzadə Uilyam və Şahzadə Ketrin, daha sonra isə kralın özü və xanımı, kraliça Kamilla qarşılayıblar.