ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Danimarkadan Qrenlandiyanı alması üçün bu ölkəyə təzyiq etməkdə ciddidir. Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Trampın ətrafında olan mənbələr deyiblər ki, Amerikanın Qərb yarımkürəsində təsir dairəsini genişləndirmək və öz “irsini” gücləndirməsi üçün Vaşinqona hazırda Qrenlandiya lazımdır.
Eyni zamanda agentliyin həmsöhbətləri qeyd ediblər ki, ABŞ-nin gələcək prezidenti çətin ki, hərbi yola, gücə əl atsın. Lakin diplomatik və ya iqtisadi təzyiqin göstərilməsi gözləniləndir.
Trampın adı açıqlanmayan həmkarlarından biri isə deyib ki, yeni seçilmiş prezidentin prioritetlər siyahısını görüb. O, bu siyahıda “Qrenlandiyanı satın almaq” bölümünün olduğunu söyləyib.
Tural