Tramp prezidentlikdən sonra nə işlə məşğul olacaq?

Tramp prezidentlikdən sonra nə işlə məşğul olacaq?
03 May 2025 12:22

ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətindən sonra üçüncü dəfə seçkilərə qatılmaq istəməsi ehtimalı azdır və ola bilsin ki, o, respublikaçıların faktiki liderinə çevrilsin.

Bu barədə "Lenta.ru"ya müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin Amerikaşünaslıq kafedrasının dosenti, politoloq Qriqori Yarıgin bildirib.

“Bəlkə də o, özünü ideoloji baş komandan kimi görür. Hansı ki, prezidentliyə, qubernatorluğa və Konqresə namizədlər onun xeyir-duasını almağa gələcəklər”, — deyə o bildirib.

Amerikaşünas əlavə edib ki, hazırda ABŞ lideri üçün əsas prioritet Respublikaçılar Partiyası daxilində birliyin qorunması və parçalanmanın qarşısının alınmasıdır. Ekspertin sözlərinə görə, hazırda siyasətçinin üçüncü müddətə də prezident seçiləcəyinə dair yayılan söhbətlər Trampın varisinin kim olacağı ilə bağlı ehtimalları və şayiələri müvəqqəti olaraq dayandıra bilər.

Bundan əlavə, politoloq izah edib ki, Konstitusiyanın dəyişdirilməsi və Trampın 2028-ci ildə yenidən prezident seçilməsi ilə bağlı müzakirələr, əslində, hakim administrasiyanın real səhvlərindən və qalmaqallarından demokrat-rəqiblərin diqqətini yayındırmaq məqsədi daşıya bilər.



Tural


Sizin reklam burada
Sizin reklam burada