Tramp miqrantları Quantanamoya göndərəcək - "The Washington Post"

Tramp miqrantları Quantanamoya göndərəcək - "The Washington Post"
11 İyn 2025 10:40

Tramp administrasiyası bu həftə ölkədə qeyri-qanuni yaşayan minlərlə miqrantı Quantanamo hərbi bazasına köçürməyə başlayacaq. Bu barədə “The Washington Post” məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.


"Deportasiya olunmaq üçün nəzərdən keçirilən əcnəbi vətəndaşların sənədlərinə baxanda onların müxtəlif ölkələrdən olduğu bəlli olur. Onların arasında Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, İrlandiya, Belçika, Hollandiya, Litva, Polşa, Türkiyə və Ukrayna da daxil olmaqla, dost Avropa ölkələrindən, eləcə də dünyanın digər yerlərindən, o cümlədən Haitidən olan yüzlərlə vətəndaş var", - məqalədə yazılıb.

Qəzetin mənbələri bildirib ki, Tramp administrasiyası çətin ki, vətəndaşları deportasiya ediləcək ölkələrin hökumətlərini xəbərdar etsin. Qəzet qeyd edib ki, köçürmə üçün bəzi proseslər də hazırdır.  9000 nəfərin Quantanamoya göndərilməsi adi məsələ olmadığından onların sağlam olub-olmadığını müəyyən etmək üçün tibbi müayinədən keçirilməsi prosesi də bura daxildir.

Tural


Sizin reklam burada
Sizin reklam burada