24 mayda “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
News365.az xəbər verir ki, hüquqşünas Natiq Ələsgərov deyib ki, əgər İsfəndiyar Axundova qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin 147.2-ci (böhtan – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə) və 148-ci (təhqir) maddələri üzrə təsdiqlənərsə, məhkəmə onun barəsində azadlıqdan məhrumetmə də daxil olmaqla, bir neçə cəzadan birini seçə bilər.