Bu şəxslərin ölkədən çıxışına qadağa qoyuldu

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyuldu
18:15

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb.


News365.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib.


Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər.


2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub.


2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb


Sizin reklam burada
Sizin reklam burada